Daha 3 Azərbycan vətəndaşında COVİD-19 koronavirus infeksiyası aşkar olunub. Bu barədə Nazirlər Kabinetinin yanında operativ qərargahdan məlumat verilir.
“Xüsusi rejimli xəstəxanalara yerləşdirilən və müşahidə altında olan həmin şəxslər özlərini normal hiss edirlər, səhhətləri stabil qiymətləndirilir”, - məlumatda qeyd olunur.
Beləliklə, Azərbaycanda yoluxanların ümumi sayı 28 nəfər təşkil edib. Onlardan 7 nəfər müalicədən sonra evə buraxılıb, bir nəfər vəfat edib.
Beləliklə, 20 nəfər xəstəxanalarda COVİD-19 koronavirusdan həkimlərin nəzarəti altında müalicə alır. **
A.Əzizov