Azərbaycan prezidenti İlham Əliyev Dövlət idarəçiliyində səmərəliliyin artırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Çərşənbə axşamı dövlət başçısının saytında dərc olunan sərəncama əsasən, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Azərbaycan Respublikası Prezidentinin fərman, sərəncam və tapşırıqlarının icra vəziyyətinə nəzarətin elektron qaydada həyata keçirilməsi üçün yeni informasiya sistemi yaradılacaq.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına beynəlxalq məsləhətçi şirkət cəlb etməklə, aşağıdakılar barədə təkliflərini altı ay müddətində Azərbaycan Prezidentinə təqdim etmək tapşırılıb: yerli icra hakimiyyəti orqanlarının fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi mexanizminin yaradılması və tətbiqi; Azərbaycan Respublikası Prezidentinin fərman, sərəncam və tapşırıqlarının icra vəziyyətinə nəzarətin elektron qaydada həyata keçirilməsi üçün səmərəli informasiya sisteminin iş qaydası; Azərbaycan Respublikasının Nazirlər Kabinetinə dövlət orqanları və qurumları tərəfindən icra intizamına əməl olunması vəziyyətini təhlil etsin və icra intizamının pozulması halları, onlara yol verən dövlət orqanları və qurumları barədə Azərbaycan Respublikasının Prezidentinə ildə iki dəfə məlumat vermək tapşırılıb. **
B.Rüstəmbəyov