Azərbaycan 2020-ci ilin yanvar ayında $4 milyon 596,98 min dəyərində 5 min 448,88 ton «Premium Euro-95» markalı avtomobil benzini idxal edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
Həmçinin Rusiyadan $4 milyon 536,21 min dəyərində 5 min 379,29 ton, $60,77 min dəyərində 69,59 ton İrandan «Premium Euro-95» markalı avtomobil benzini idxal olunub.
Bundan başqa, 2020-ci ilin yanvar ayında Azərbaycana $274,37 min dəyərində 309,43 ton «Super Euro-98» markalı avtomobil benzini idxal olunub.
Eyni zamanda, $220,61 min dəyərində 249,9 ton benzin Belarusdan, $53,76 min dəyərində 59,53 min ton benzin isə Yunanıstandan idxal edilib.
Xəbər verildiyi kimi, Azərbaycan 2019-cu ildə $40 milyon 660,42 min dəyərində 53 min 796,52 ton «Premium Euro-95» və $1 milyon 645,47 min dəyərində 1 min 806,8 ton «Super Euro-98» markalı benzin idxal edib.
«Premium Euro-95» və «Super Euro-98» markalı benzinlərin Azərbaycana idxalına 2014-cü il aprelin 1-dən başlanılıb.
Hazırda daxili bazarda “Premium Euro-95” markalı benzinin litri 1,2 manat, “Super Euro-98” markalı benzinin litri isə 1,4 manat təşkil edir.**
N.Abbasova