Azərbaycan Mərkəzi Bankı (AMB) martın 18-də depozit hərracı keçirəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
"Mərkəzi Bank martın 18-də keçirəcəyi depozit hərracında 28 gün müddətinə 100 milyon manat cəlb etməyi nəzərdə tutur”, - deyə məlumatda bildirilir.
Cəlb olunan vəsaitlər üzrə faiz dərəcəsi 5,51%-7,24% təşkil edir.
AMB depozit hərraclarının keçirilməsinə 2016-cı ilin iyun ayında başlayıb.**
B.Rüstəmbəyov