Koronavirus pandemiyası ilə əlaqədar çərşənbə axşamı İtaliyada olan azərbaycanlılar üçün Romadan Bakıya birbaşa çarter reysi təşkil olunacaq. Bu barədə Azərbaycanın İtaliyadakı səfirliyi məlumat verir.
“İtaliyadakı koronavirusla bağlıepidemioloji vəziyyət ilə əlaqədar olaraq İtaliyadan Azərbaycana qayıtmaq istəyi ilə Azərbaycanın İtaliyadakı səfirliyinə müraciət etmiş Azərbaycan vətəndaşları üçün martın 17-dəaxşam saatlarında Romadan Bakıya birbaşa çarter reysi həyata keçiriləcək”, - səfirliyin Facebook səhifəsində qeyd olunur.
Məlumata əsasən, səfirlik əməkdaşları aidiyyəti məsələ ilə bağlı müraciət etmiş vətəndaşlarımızın əksəriyyəti ilə fərdi qaydada əlaqə saxlayaraq, onların vətənə qaytarılması ilə əlaqədar müvafiq təşkilati məsələlər haqqında onları məlumatlandırıb.
“Səfirliyə müraciət etmiş bəzi vətəndaşlarımızla telefon rabitəsinin qurulmasında çətinliklərin olduğunu nəzərə alaraq, aidiyyəti məsələ ilə bağlı səfirlikdən zəng qəbul etməmiş vətəndaşlarımızdan təcili olaraq səfirliklə əlaqə saxlamaqları xahiş olunur”, - səfirlik vurğulayır. **
X.Nəsirzadə