2019-cu ilin yekunları üzrə SOCAR Marine (SOCAR şirkətinin törəmə strukturu) Türkiyədə gəmi yanacağı beynəlxalq satış sektorunda lider olub. Bu barədə Türkiyə mətbuatı məlumat verir.
“Ötən il SOCAR Marine Türkiyə boğazlarından tranzit ilə keçən gəmilərə, xaricdən ölkənin limanları istiqamətində və ya geriyə hərəkət edən gəmilərə 600 min ton yanacaq satıb. Bununla, Türkiyənin gəmi yanacağı satışı bazarında şirkətin payı 25%-i keçib və SOCAR Marine ölkənin gəmi yanacağı beynəlxalq satış sektorunda birinci yeri tutub”, - məlumatda qeyd edilir.
Nəşrlərin məlumatına görə, 2020-ci ildə şirkət turist və balıqçı gəmilərə və ölkə daxilində yük və sərnişin daşımaları ilə məşğul olan gəmiçilik şirkətlərinə müvafiq xidmətlər təklif edərək, Türkiyənin gəmi yanacağı daxili satış sektorunda da fəaliyyətə başlamağı planlaşdırır.
SOCAR Marine şirkəti 2013-cü ildən etibarən Ttürkiyədə fəaliyyət göstərir. **
N.Abbasova