Milli Məclis çərşənbə axşamı keçirilən plenar iclasda İnzibati Xətalar Məcəlləsinə dəyişiklikləri qəbul edib. Bu barədə “İnterfaks-Azərbaycan”ın parlament müxbiri məlumat verir.
Düzəlişlər epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejiminin pozulmasına görə cərimələrin artırılmasını nəzərdə tutur.
Xüsusilə, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejiminin pozulmasına görə, fiziki şəxslər 100 manatdan 200 manatadək, vəzifəli şəxslər 1,5 min manatdan 2 min manatadək məbləğdə cərimə ediləcək və ya onlar barəsində 1 ay müddətinə inzibati həbs qərarı qəbul olunacaq. Hüquqi şəxslər 1, 5 min manatdan 2 min manatadək məbləğdə cərimə ediləcəklər.
Həmçinin, dəyişikliklər fiziki şəxslər üçün qadağan olunmuş və ya yalan məlumatın yerləşdirilməsinə görə cərimələrin tətbiqini və vəzifəli və hüquqi şəxslərüçün analoji cərimələırin məbləğinin azaldılmasını nəzərdə tutur.
Dəyişikliklərə əsasən, fiziki şəxslər 500 manatdan 1 min manatadək, vəzifəli şəxslər 1min manatdan 1,5 min manatadək cərimə olunur və ya bir ay müddətinə qədər inzibari həbs edilir. Hüquqi şəxslərə 1,5 min manatdan 2 min manatadək məbləğdə cərimə təbiq olunur.
Öncə vəzifəli şəxslərə 1,5 min manatdan 2 min manatadək, hüquqi şəxslərə 2 min manatdan 2,5 min manatadək cərimələr tətbiq olunurdu.
O cümlədən, parlament Cinayət Məcəlləsinəepidemiya əleyhinə rejimin, sanitariya, gigiyena və karantin rejimlərinin pozulmasına görə cəzaların nəzərdə tutulduğu dəıyişiklikləri qəbul edib. Belə ki, əgər bu cür pozuntular xəstəliklərin yaranması və ya yayılmasına şərait yaradırsa, o zaman 2, min manatdan 3 min manatadək məbləğdə cərimə və ya 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və 3 ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulur.
Eyni əməllər insan ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda 3 ildən 5 ilədək müddətə azadlığın məhdudlaşdırılması və 3 ildən 5 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq. **
Ə.Məmmədov