Azərbaycan parlamentində COVİD-19 koronavirus pandemiyasından zərər görən sahibklarlar üçün güzəştlərin tətbiqi təklif olunur.
“Bir sıra sahələr koronavirusdan çox zərər görüb. Bu, ilk növbədə, turizmdir. Hesab edirəm ki, ətraflı təhlil aparılmalı və sahibkarların dəstəklənməsi üçün təkliflər hazırlamaq zəruridir”, - parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsininsədri Tahir Mirkişilibu gün Milli Məclisin plenar iclasında bildirib.
Öz növbəsində, qeyd olunan komitənin sədr müavini Əli Məsimli koronavirusdan zərər görən sahibkarlara vergi tətillərinin təqdim olunmasını təklif edib.
Hazırda Azəırbaycanda restoran, kafe və barların fəaliyyətinə müvəqqəti məhdudiyyət qoyulub. Bundan başqa, turizm obyektləri bütün istiqamətlər üzrə hava əlaqəsinin bağlanması ilə əlaqədar çox sayda bronun ləğv edilməsi ilə qarşılaşıblar. **
Ə.Məmmədov