Milli Məclis çərşənbə axşamı keçirilən iclasda "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" qanuna dəyişiklikləri təsdiq edib.
“İnterfaks-Azərbaycan”ın müxbirinin məlumatına görə, dəyişikliklərə əsasən, sahibkarlıq subyektlərində yoxlamaların aparılacağı halların siyahısı genişləndirilib.
Dəyişikliklərə əsasən, yoxlamalar özəl tibb müəssisələrində də həyata keçirilə bilər.
Xəbər verildiyi kimi, prezident İlham Əliyev 2015-ci il oktyabrın 26-da sahibkarlıq sahəsində yoxlamaların 2015-ci il noyabrın 1-dən iki il müddətinə dayandırılmasını nəzərdə tutan qanun imzalayıb. 2017-ci ilin noyabr ayında bu moratorium 2021-ci il noyabrın 1-dək uzadılıb.
Qanuna əsasən 2015-ci il noyabrın 1-dən 2021-ci il noyabrın 1-dək yalnız vergi yoxlamaları, eləcə də əhalinin həyat və sağlamlığına, ölkənin milli və iqtisadi təhlükəsizliyinə təhdidlərin olduğu hallarda yoxlamalar aparıla bilər.**
Ə.Məmmədov