“Azərbaycan Hava Yolları" QSC (AZAL) bu gün 157 nəfər Azərbaycan vətəndaşını çarter reysi ilə İstanbuldan Bakıya gətirib.
“AZAL hökumətin tapşırığı ilə Türkiyə ərazisindən Azərbaycan vətəndaşlarının gətirilməsi üçün bu gün Bakı-Ankara-Bakı istiqaməti üzrə çarter reysi yerinə yetirib. Reyslə 157 nəfər vətənə qaytarılıb”, - deyə AZAL-ın mətbuat xidmətindən “İnterfaks-Azərbaycan” agentliyinə məlumat verilib.
Bu, Türkiyədən yerinə yetirilən 3-cü çarter reysidir.
Xəbər verildiyi kimi, 15-16 mart tarixlərində İstanbuldan Bakıya 711 nəfər Azərbaycan vətəndaşı gətirilib. Ölkəyə gətirilən vətəndaşlarımızın sayı 868 nəfərə çatıb.
"Azərbaycanın milli aviadaşıyıcısı həmyerlilərimizin vətənə qaytarılması üçün çarter reyslərini yerinə yetirməyə davam edəcək. Vətənə qayıtmaq istəyən Azərbaycan vətəndaşları hal-hazırda olduqları yer üzrə səfirliklər və ya konsulluqlara müraciət etməlidirlər", - deyə məlumatda qeyd olunur.*
B.Rüstəmbəyov