Prezident İlham Əliyev Azərbaycan Respublikasının Moskva şəhəri ilə əməkdaşlıq üzrə Hökumət Komissiyasının yeni tərkibini təsdiq edib.
Sərəncamın mətni bu gün dövlət başçısının saytında dərc olunub.
Komissiyanın həmsədri Bakı Şəhər İcra Hakimiyyətinin başçısıdır.
Komissiyanın üzvləri xarici işlər, iqtisadiyyat, kənd təsərrüfatı, gənclər və idman, səhiyyə, təhsil və mədəniyyət nazirlərinin müavinləri, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri, Dövlət Turizm Agentliyinin sədri, Qida Təhlükəsizliyi Agentliyinin sədri, Dövlət Gömrük Komitəsi sədrinin müavini və Azərbaycan Respublikasının Rusiya Federasiyasında fövqəladə və səlahiyyətli səfiridir.*
X.Nəsirzadə