2020-ci ilin yanvar-fevral aylarında Azərbaycanın xarici ticarətinin müsbət saldosu $1 milyard 462 milyon 285,35 min təşkil edib ki, bu da 2019-cu ilin analoji dövrünün göstəricisindən 48,3% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Yanvar-fevral aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi $5 milyard 36 milyon 449,8 min (2019-cu ilin yanvar-fevral ayları ilə müqayisədə azalma 5,3% - İF) təşkil edib. Hesabat dövründə ixracın həcmi $3 milyard 249 milyon 367,57 min (artım 3,1%), idxalın həcmi $1 milyard 787 milyon 82,23 min (azalma 17,5%) təşkil edib.
İxracın strukturunda 90,9% neft-qaz sektorunun, 12,12% ərzaq məhsullarının, 0,6% tütün və tütün məhsullarının, 3,16% əczaçılıq məhsullarının, 0,46% gübrələrin, 3,09% plastik kütlələr və onlardan hazırlanan məmulatların, 2,3% odun və agac məhsullarının, 2,29% geyim və geyim aksessuarlarının, 10,64% qara metal və ondan hazırlanan məmulatların, 22,73% maşın, mexanizm və elektrik aparatlarının, o cümlədən onların ehtiyat hissələrinin, 19,6% nəqliyyat vasitələri və onların ehtiyat hissələrinin, 0,73% mebelin, 22,28% digər məhsulların payına düşüb.
Yanvar-fevral aylarında xarici ticarət əməliyyatlarında 4,462 min özəl və dövlət müəssisəsi və 11,324 min fiziki şəxs iştirak edib. Bu dövrdə Azərbaycan 144 ölkə ilə ticarət əməliyyatları həyata keçirib.
Yanvar-fevral aylarında Azərbaycan əsas ixrac əməliyyatlarını İtaliya (ümumi ixracın 45,95%-i), İsrail (8,49%), Türkiyə (9,56%), İsrail (6,68%), Yunanıstan (4,6%), Tunis (3,66%), Çexiya (3,17%) və Almaniya (2,92%) ilə, əsas idxal əməliyyatlarını isə Çin (14,7%), Rusiya (14,3%), ABŞ (13,96%), Türkiyə (13,25%), Almaniya (5,3%), İtaliya (4,65%), Ukrayna (3,4%), İran (2,9%) və Türkmənistanla (2,21%) həyata keçirib.*
N.Abbasova