2020-ci ilin yanvar-fevral aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən (nomenklatura kodu 2709) 5 milyon 679 min 384,28 ton neft məhsulları ixrac edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Hesabat dövründə Azərbaycandan $2 milyard 727 milyon 328,79 min dəyərində neft ixrac olunub.
2019-cu ilin yanvar-fevral aylarında $2 milyard 603 milyon 955,57 min dəyərində 5 milyon 781 min 785,43 ton bəyan edilmiş neft məhsulları ixrac edilib. Beləliklə, hesabat dövründə ixracın həcmi miqdar ifadəsində 1,8% azalıb, dəyər ifadəsində 4,7% artıb.
Ötən il Azərbaycandan $14 milyard 814 milyon dəyərində 30 milyon 837,085 min ton neft məhsulları (miqdar ifadəsində artım 4,5%, dəyər ifadəsində artım 5,8%) ixrac olunub.*
N.Abbasova