Azərbaycanda daha 6 nəfərin koronavirus infeksiyasına yoluxması faktı qeydə alınıb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
“Xüsusi rejimli xəstəxanalara yerləşdirilən və müşahidə altında olan həmin şəxslər özlərini normal hiss edirlər, səhhətləri stabil qiymətləndirilir, onların müalicəsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir”, - deyə məlumatda bildirilir.
Beləliklə, Azərbaycanda virusa yoluxanların ümumi sayı 34 nəfərə çatıb.
“Onlardan 27 nəfəri həkim nəzarəti altındadır”, - deyə məlumatda qeyd olunur.*
A.Əzizov