“Azərbaycan Hava Yolları” (AZAL) QSC martın 18-nə keçən gecə iki çarter reysi ilə İstanbul və Romadan 391 nəfər Azərbaycan vətəndaşını Bakıya gətirib.
“AZAL martın 18-nə keçən gecə Azərbaycan vətəndaşlarının Türkiyə və İtaliyadan qaytarılması üçün daha iki çarter reysi yerinə yetirib. İstanbul-Bakı reysi ilə 230 nəfər, Roma-Bakı reysi ilə 161 nəfər sərnişin vətənə gətirilib”, - deyə məlumatda bildirilir.
Xatırladaq ki, AZAL 15-17 mart tarixlərində Türkiyədən dörd çarter reysi ilə 868 nəfər Azərbaycan vətəndaşını Bakıya gətirib.
“AZAL həmyerlilərimizin vətənə qaytarılması üçün çarter reyslərini yerinə yetirməyə davam edəcək”, - deyə məlumatda qeyd olunur.*
N.Abbasova