Azərbaycanda koronavirus infeksiyasına yoluxduğu müəyyən edilmiş 4 nəfər xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalıb və evə buraxılıb. Bu barədə Nazirlər Kabineti yanında operativ qərargahdan məlumat verilib.
“Hazırda ölkədə 23 nəfər aktiv koronavirus xəstəsi xüsusi rejimli xəstəxanalarda həkim nəzarəti altındadır”, - deyə məlumatda bildirilir.
Xatırladaq ki, Azərbaycanda 34 nəfərin koronavirus infeksiyasına yoluxduğu müəyyən edilmişdi. Onlardan 10 nəfəri müalicə olunaraq sağalıb, bir qadın isə dünyasını dəyişib.*
X.Nəsirzadə