2020-ci ilin yanvar-fevral aylarında Azərbaycan $75 milyon 556,37 min məbləğində 62,966 min ton meyvə-tərəvəz ixrac edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
2019-cu ilin yanvar-fevral ayları ilə müqayisədə meyvə-tərəvəz ixracı miqdar ifadəsində 20,4%, dəyər ifadəsində 0,5% azalıb.
Cari ilin yanvar-fevral aylarında xaricə $24 milyon 715,21 min məbləğində 19,112 min ton pomidor ixrac edilib (2019-cu ilin yanvar-fevral ayları ilə müqayisədə miqdar ifadəsində artım 25,1%, dəyər ifadəsində artım 38,8%).
Yanvar-fevral aylarında aşağıdakı məhsullar ixrac olunub: meşə fındığı - $22 milyon 576,44 min məbləğində (azalma 10%) 3,734 min ton (azalma 21,9%), alma - $6 milyon 617,48 min məbləğində (аzalma 32,4%) 15,438 min ton (azalma 33,86%), xurma - $14 milyon 109 min məbləğində (аzаlma 19,3%) 17,909 min ton (azalma 22,3%).*
B.Rüstəmbəyov