Aprelin 30-da “Bank VTB (Azərbaycan)” ASC-nin səhmdarlarının ümumi illik yığıncağı keçiriləcək. Bu barədə bankın məlumatında deyilir.
“30 aprel 2020-ci il tarixində “Bank VTB (Azərbaycan)”ın baş ofisində səhmdarların ümumi yığıncağı keçiriləcək. Yığıncaqda səhmdarlar 2019-cu il üzrə maliyyə hesabatını təsdiq edəcəklər”, - deyə məlumatda bildirilir.
Bundan başqa, səhmdarlar bankın 2019-cu ilə olan mənfəətinin bölüşdürülməsi və dividentlərin ödənilməsinə dair təkliflərə baxacaqlar.
2008-ci ilin noyabr ayında Azərbaycan Mərkəzi Bankı Rusiyanın “Vneştorqbank”ı (VTB) tərəfindən “AF-Bank”ın səhmlərinin 51%-nin əldə olunmasına dair sövdələşməni təsdiq edib. “Bank VTB (Azərbaycan)”ın səhmdarlarının strukturunda səhmlərin 99,99%-i “Bank VTB” PSC-yə, 0,01%-i fiziki şəxsə məxsusdur.*
Ə.Məmmədov