"UralAirlines" aviaşirkəti Azərbaycan, Tacikistan, Qırğızıstan, Ermənistana və geriyə bir sıra reysləri ləğv edir. Bu barədə aviaşirkətin mətbuat xidməti məlumat verir.
Məlumata əsasən, martın 17-dən etibarən Bakı, Ufa, Kazan, Krasnodar, “Domodedovo”, Nijnevartovsk, Krasnoyarsk, Sankt-Peterburq, Samaradan, İrəvana, Düşənbə, Kulyab, Bişkek, Oş və geri istiqamətində reyslər ləğv olunur. **