Asiya İnkişaf Bankı bankın üzvü olan inkişaf edən ölkələrə $6,5 milyard məbləğdə vəsait paketinin ayırdığını elan edib.
Bu vəsait COVİD-19 koronavirusa qarşı mübarizədə ölkələrin tələbatlarının ödənilməsinə yönəldiləcək. Paketə ölkələrin səhiyyə və iqtisadiyyatına təsir edən pandemiyanın nəticələrinin bərpasına yönəldiləcək hökumətlər üçün təqribən $3,6 milyard və mikro, kiçik və orta müəssisələr üçün nəzərdə tutulan $1,6 milyard daxildir.
O cümlədən, AİB cari layihələrdən vəsaitlərin təkrar bölüşdürülməsi yolu ilə güzəştli ehtiyatlar şəklində $1 milyarda yaxın vəsait toplayır.
Bundan başqa, AİB texniki yardım və qrantlara $40 milyon ayıracaq. Məlumatda qeyd olunur ki, 2020-ci il fevral ayının əvvəlindən AİB artıq bankın üzvü olan həm inkişaf edən ölkələrdə hökumətlərin, həm də özəl müəssisələrin təxirəsalınmaz tələbatlarının ödənilməsinə $225 milyondan artıq vəsait ayırıb. **
Ə.Məmmədov