Bakı Nəqliyyat Agentliyi yeni svetofor məntəqələrinin təşkili üçün svetofor avadanlıqlarının və dirəklərinin alınması, quraşdırılması və kommunikasiya xətlərinin çəkilməsi işlərinə 4,5 milyon manatdan artıq vəsait yönəldəcək.
www.tender.gov.az saytının məlumatına görə, BNA tenderin yekunları üzrə qeyd olunan işlərin icrasına Techmaster MMC-ni cəlb edib. Şirkət ilə 4 milyon 509 min 927.13 manat məbləğində müqavilə imzalayıb.
Bakı Nəqliyyat Agentliyi Azərbaycan prezidentinin 21 dekabr 2015-ci il tarixli Fərmanı ilə yaradılıb. Agentliyin fəaliyyətinin əsas məqsədi Bakı şəhərinin inzibati ərazisində nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz, fasiləsiz və rahat hərəkətini təmin etməkdir.**
N.Abbasova