Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu Abşeron rayonunda yeni yaşayış məhəlləsində 1,89 min məcburi köçkün ailəsi üçün infrastruktur obyektlərin tikintisinə 30 milyon manata yaxın vəsait yönəldəcək.
www.tender.gov.az saytının məlumatına əsasən, “Cavid-2016” MMC ilə məktəbin tikintisinə dair müqavilə imzalanıb. Müqavilənin dəyəri – 11 milyon 98,576 min manatdır.
“Azərsutəchizattikinti” ASC ilə imzalanan ikinci müqavilənin şərtlərinə əsasən, şirkət su təchizatı, kanalizasiya, suvarma sisteminin və yağış kanalizasiyasının tikintisini həyata keçirməyi öhdəlik götürüb. Müqavilənin dəyəri – 13 milyon 561,534 min manatdır.
"TUNEL-METRO İNŞAAT " MMC ilə imzalanan müqavilə yeni yaşayış məhəlləsində sahədaxili şəbəkəsinin tikintisi və binaların qaz təchizatını nəzrədə tutur (müqavilənin dəyəri – 5 milyon 75,844 min manatdır). **
X.Nəsirzadə