Azərbaycanda Novruz bayramı günlərində (20-28 mart - İF) kommersiya bankları fəaliyyət göstərməyəcəklər. Bu barədə “İnterfaks-Azərbaycan”a Mərkəzi Bankdan məlumat verilir.
“Koronavirus infeksiyasına qarşı mübarizənin təşkili çərçivəsində ölkədə insanların kütləvi toplanış və təmas yerlərinin, eləcə də bununla əlaqədar olan işlərin, proseslərin minimallaşdırılması tədbirləri həyata keçirilir.
Bununla bağlı bank xidmətlərinin göstərilməsi zamanı canlı təmasın minimuma endirilməsi məqsədilə Novruz bayramı günlərində kommersiya bankları fəaliyyət göstərməyəcəklər”, - AMB-dən bildirilir.
Eyni zamanda, tənzimləyici qeyd edir ki, ixrac və idxalın fasiləsizliyini təmin etmək üçün hüquqi şəxslərə hesablaşmalar, vergi, rüsum və digər dövlət ödənişlərilə bağlı əməliyyatlar üzrə elektron əsasda xidmətləri davam etdirəcəklər.
Ötən illərdə Novruz bayramı günlərində kommersiya banklarının bəzi filialları fəaliyyət göstərirdi. **
Ə.Məmmədov