Bakı şəhər İcra Hakimiyyəti paytaxtda abadlıq işlərinə 40 milyon manata yaxın vəsait yönəldəcək.
www.tender.gov.az saytının məlumatına görə, "BAKI ŞƏHƏR ƏSASLI TİKİNTİ VƏ TƏMİR" MMC bu məqsədlə 39 milyon 561,775 min manat məbləğində 3 müqavbilə imzalayıb.
Xüsusilə, «İnpeks.N» MMC ilə Bakı şəhərində dövlət mənzil fonduna aid binaların təmirinin satınalınmasına dair müqavilə imzalanıb. Müqavilənin dəyəri – 19 milyon 985,998 min manatdır.
"Star Construction-12" QSC ilə 19 milyon 575,777 min manat ümumi məbləğində iki müqavilə imzalanıb. 2 milyon 592,341 min məbləğində birinci müqavilə məhəllədaxili yollarda və səkilərdə asfalt örtüyünün təmirini nəzərdə tutur.
16 milyon 983,435 min manat məbləğuindi ikinci müqavilə Bakı şəhəri ərazisində səkilərdə, həyətlərdə park və bağlarda təmir, yenidənqurma və abadlıq işlərini nəzərdə tutur. **
B.Rüstəmbəyov