Azərbaycan 2020-ci ilin yanvar-fevral aylarında ərzaq məhsullarının idxalını 11,8% - $216 milyon 594,38 minədək azaldıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Ərzaq idxalının strukturunda əsas həcm – 98 min 153,53 min ton (azalma 2,5 dəfə) buğdanın ($21 milyon 543,6 min), 73 min 141,67 ton (artım 4,4%) meyvə-tərəvəz məhsullarının ($38 milyon 666,61 min), 7 min 886,8 ton (azalma 13,7%) ətin ($14 milyon 147,11 min), 28 min 067,48 ton (artım 1,1%) bitki və heyvan mənşəli yağların ($25 milyon 649,96 min) payına düşüb.
2020-ci ilin yanvar-fevral aylarında Azərbaycana $10 milyon 802,63 min dəyərində 2 min 182,83 ton kərə yağı (artım 21,4%) idxal edilib.
Hesabat dövründə Azərbaycana bütün idxalın 12,2%-i ərzaq məhsullarının payına düşüb.**
N.Abbasova