Azərbaycan prezidenti İlham Əliyev hesab edir ki, Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla keçirdiyi debatlar Ermənistanın təbliğatına sarsıdıcı zərbə oldu.
“Münxen Təhlükəsizlik Konfransının auditoriyası kifayət qədər genişdir. Azərbaycan və Ermənistan rəhbərlərinin canlı debatının ilk dəfə keçirildiyini nəzərə alsaq, təsəvvür etmək çətin deyil ki, bu debatlara çox böyük maraq var idi və milyonlarla insan bu debatları həm canlı formatda, həm də ondan sonra izləyə bilmişdir”, - Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikindı bildirib.
Onun sözlərinə görə, bu debatlar Ermənistanın təbliğatına sarsıdıcı zərbə vurdu.
“Tarixi həqiqət, beynəlxalq hüququn normaları bizim tərəfimizdədir. Münxen Təhlükəsizlik Konfransında Ermənistanın və dünya erməniliyinin uzun illər ərzində apardığı təbliğata sarsıdıcı zərbə vurulmuşdur. Demək olar ki, onların təbliğatı sübutlar, tarixi faktlar, beynəlxalq təşkilatların qəbul etdikləri qətnamələr və qərarlar əsasında darmadağın edilmişdir. Hesab edirəm ki, bu sarsıdıcı zərbə erməni təbliğatının sonudur”, - Əliyev bildirib. **
X.Nəsirzadə