Azərbaycan-Rusiya birgə müəssisəsi olan “RUS AZERİ SPİRİTS” zavodunda tibbi spirt istehsalına başlanılıb.
““RUS AZERİ SPİRİTS” zavodunda tibbi spirt istehsalına başlanılıb. Artıq istehsal olunan məhsulun ilk partiyası – 25 min litrə yaxın tibbi spirt apteklərə yola salınıb”, - deyə İqtisadiyyat Nazirliyinin məlumatında bildirilir.
İstehsal tamamilə yerli xammala əsaslanır. Müəssisə gündə 20-25 min litr tibbi spirt istehsal etmək gücünə malikdir.
Koronavirusla əlaqədar Azərbaycanda tibbi spirtə tələbat kəskin artıb.
“RUS AZERİ SPİRİTS” zavodu “CARÇIOGLU GROUP” MMC və Rusiyanın “Tatspirtprom” dövlət şirkətinin birgə əməkdaşlığı ilə yaradılıb. Zavod Qusar rayonunda yerləşir. Şirkət 2019-cu ilin oktyabr ayında alkoqollu məhsulların istehsalına başlayıb. Bu layihəyə ilkin olaraq $2 milyon investisiya qoyulub.*
N.Abbasova