“Nordstar aviaşirkəti” SC Azərbaycan hökumətinin xarici daşıyıcılar üçün hava əlaqəsinin müvəqqəti olaraq bağlanılmasına dair qəbul etdiyi qərarla əlaqədar Norilsk və Ufadan Bakıya uçuşları dayandırır. Bu barədə aviaşirkətin məlumatında deyilir.
Azərbaycan hökumətinin qərarı koronavirusun yayılması təhlükəsi ilə əlaqədardır.
“Bakıya uçuşlar 24 aprel 2020-ci il tarixinədək dayandırılıb. Aviaşirkətin uçuş cədvəlində ən yaxın günlər üçün Bakıya reyslər 20 mart tarixinə Norilsk və Ufadan nəzərdə tutulmuşdu. Bu və növbəti reyslərin sərnişinlərinə biletlərin məcburi qaytarılması rəsmiləşdiriləcək”, - deyə məlumatda bildirilir.*
N.Abbasova