“Azərbaycan Dəmir Yolları” (ADY) QSC martın 26-dan Bakı-Moskva-Bakı və Bakı-Rostov-Bakı sərnişin qatarlarının hərəkətini müvəqqəti olaraq dayandırır. Bu barədə cəmiyyətin məlumatında deyilir.
“Azərbayan və Rusiya hökumət başçılarının qarşılıqlı razılığına əsasən, hər iki ölkə vətəndaşlarının qarşılıqlı səfərləri 18 mart saat 00.00-dan etibarən müvəqqəti olaraq dayandırılır. Bununla əlaqədar martın 26-dan Bakı-Moskva-Bakı və Bakı-Rostov-Bakı sərnişin qatarlarının hərəkəti xüsusi göstərişədək müvəqqəti olaraq dayandırılır”, - deyə məlumatda bildirilir.
ADY qeyd edir ki, Bakı-Rostov sərnişin qatarı Bakıdan axırıncı dəfə martın 22-si saat 3:25-də yola düşəcək. Bu qatara yalnız Rusiya vətəndaşlarına bilet satılır.*
N.Abbasova