Azərbaycan Respublikasında koronavirus infeksiyasının (COVID - 19) yayılmasının qarşısının alınması məqsədilə bütün təhsil müəssisələrində martın 3-dən dayandırılmış tədris, təlim-tərbiyə prosesi aprelin 20-dən bərpa olunacaq. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
“Yoluxma hallarının qarşısının alınması məqsədilə sosial təcrid tədbirləri çərçivəsində 2020-ci ilin martın 29-dan aprelin 18-dək bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair qərar qəbul olunub”, - deyə məlumatda bildirilir.
19 aprel tarixinin qeyri-iş günü olması nəzərə alınaraq bütün təhsil müəssisələrində tədris aprelin 20-dən başlayacaq.
Daha əvvəl tədris prosesi martın 29-dan bərpa olunmalı idi.*
Ə.Məmmədov