Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İran İslam Respublikasının vətəndaşı, jurnalist Mirqasım Momeninin adını “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının siyahısı”ndan çıxarıb.
“M.Momeni XİN-ə məktubla müraciət edərək adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının siyahısı”ndan çıxarılmasını xahiş edib. Onun müraciəti müvafiq qaydada nəzərdən keçirilib və adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair qərar qəbul edilib”, - deyə XİN-in mətbuat xidmətindən “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib.
Məktubunda M.Momeni Azərbaycan Respublikasının beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenliyi, eləcə də ölkəmizin qanunlarına hörmət etdiyini bəyan edib.*
Ə.Məmmədov