Koronavirus infeksiyasının (COVID-2019) yayılmasının qarşısını almaq məqsədilə Gürcüstanın Rusiya, Türkiyə və Azərbaycanla nəzarət-buraxılış məntəqələrində ölkəyə gələn vətəndaşlar üçün karantin zonaları yaradılacaq.
“Quru yolu ilə Gürcüstana gələn vətəndaşlarımızın sayı artıb. Bu, "Sarpi" (Gürcüstan-Türkiyə sərhədində), "Lars" (Gürcüstan-Rusiya sərhədində) və "Qırmızı körpü"dür (Gürcüstan-Azərbaycan sərhədində)", - deyə Gürcüstanın səhiyyə naziri Yekaterina Tikaradze bu gün brifinqdə bildirib.
Onun sözlərinə görə, baş nazir təcili surətdə hər üç obyektdə karantin zonalarının yaradılması barədə tapşırıq verib, çünki bu gündən etibarən Gürcüstan sərhədini keçən bütün vətəndaşlar hansı ölkədən gəlmələrindən asılı olmayaraq icbari qaydada karantinə alınacaqlar.*