Koronavirusa yoluxmuş 33 nəfərdən biri Moskvaya Bakıdan gəlib. Bu barədə Moskvada koronavirusla bağlı vəziyyətə nəzarət və monitorinq üzrə Operativ Qərargahdan məlumat verilib.
"Koronavirusa yoluxmuş şəxslər J2 809 Bakı-Moskva reysi (09.03.2020), eləcə də Cenevrə, Verona, Frankfurt-Mayn, Münhen, Nitsa və Milan reysləri ilə gəliblər", - deyə bu gün qərargahda jurnalistlərə bildiriblər.*