Azərbaycan Respublikasında 9 yeni koronavirus infeksiyasına (COVID-19) yoluxma faktı qeydə alınıb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
“Xüsusi rejimli xəstəxanalara yerləşdirilən və müşahidə altında olan pasiyentlər özlərini normal hiss edirlər, səhhətləri stabildir. Onların müalicəsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir”, - deyə məlumatda bildirilir.
Beləliklə, ölkədə koronavirusa yoluxanların sayı 53 nəfər olub.
“Onlardan 42 nəfəri xüsusi rejimli müəssisələrdə həkim nəzarəti altında saxlanılır”, - deyə məlumatda qeyd olunur.
Xatırladaq ki, koronavirusa yoluxmuş 10 nəfər sağalaraq evə buraxılıb, 1 nəfər isə dünyasını dəyişib.*
X.Nəsirzadə