"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) şənbə gününə keçən gecə həyata keçirdiyi Moskva-Lənkəran çarter reysi ilə 48 Azərbaycan vətəndaşı vətənə qayıdıb.
“Martın 21-nə keçən gecə AZAL-ın həyata keçirdiyi çarter reysi ilə Moskvadan Lənkərana 48 Azərbaycan vətəndaşı gətirilib. Onlar karantinə yerləşdiriliblər”, - deyə AZAL-ın mətbuat xidmətindən “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib.
Bundan başqa, martın 21-nə keçən gecə həyata keçirilmiş İstanbul-Lənkəran çarter reysi ilə Lənkərana 248 nəfər Azərbaycan vətəndaşı gətirilib.
“Beləliklə, martın 15-dən bu günədək çarter reysləri ilə 9 min Azərbaycan vətəndaşı ölkəyə gətirilib”, - deyə məlumatda qeyd olunur.*
X.Nəsirzadə