Bazar günü Nazirlər Kabineti yanında operativ qərargah ölkdəkoronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə 23 mart tarixində saat 00:00-dan etibarən sosial məhdudlaşdırma tədbirlərinin həyata keçirilməsini qərara alıb. Bu barədə operativ qərargahdan məlumat verilir.
“Ərzaq mağazaları və apteklər istisna olmaqla, ölkə ərazisində iri ticarət mərkəzlərinin və “Mall”arın fəaliyyəti 23 mart 2020-ci il tarixdə saat 00:00-dan etibarən bir ay müddətinə dayandırılır”, - Qərargandan bildirilir.
Nazirlər Kabineti qeyd edir ki, , virusun geniş yayılma sürətini nəzərə alaraq insanların kütləvi toplaşdığı məkanlar üzrə əlavə tədbirlərin görülməsi zərurəti yaranıb.
Xəbər verildiyi kimi, indiyədək Azərbaycanda koronavirusa 65 yoluxma faktı qeydə alınıb. Eyni zamanda, yoluxanlardan 54 nəfər xüsusi rejimli xəstəxanalarda müalicə keçir, 10 nəfər - sağalıb, bir nəfər - dünyasını dəyişib. **
X.Nəsirzadə