Gürcüstanın baş nazirinin rəhbərliyi altında fəaliyyət göstərən koronavirus üzrə idarələrarası əlaqələndirmə şurasının qərarına əsasən, Azərbaycan və Ermənistandan vətənə qayıdan Gürcüstan vətəndaşları üçün bu ölkələrlə sərhədlərdə yalnız bir nəzarət-buraxılış məntəqəsini açıq qalacaq.
“Hazırki mərhələdə qərar alınıb ki, Azərbaycandan gələn Gürcüstan vətəndaşlarına “Qırmızı körpü” nəzarət-buraxılış məntəqəsindən, Ermənistandan gələnlər üçün – “Sadaxlo” nəzarət-buraxılış məntəqəsindən sərhədi keçmək icazə veriləcək”, - şuranın bazar günü məlumatında deyilir.
Qeyd olunan nəzarət-buraxılış məntəqələrindən Azərbaycan və Ermənistan vətəndaşları vətənə qayıda biləcələr. Məlumatda qeyd olunur ki, məhdudiyyətlər yük daşımalarına şamil olunmur. **