2020-ci ilin yanvar-fevral aylarında Azərbaycanda neft məhsullarının istehsalı ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 11,3% - 539,1 milyon manata qədər artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Yanvar-fevral aylarında 230 min ton avtomobil benzini (artım 15,1%), 371,8 min ton dizel yanacağı (artım 9,5%), 19,9 min ton soba mazutu (artım 2,1 dəfə), 5,3 min ton sürtkü yağı (artım 2,2 dəfə), 30,2 min ton neft bitumu (artım 24,3%) istehsal edilib.
Hesabat dövründə birbaşa qovulan benzin istehsalı 17,9% - 44,1 min tonadək, kerosin istehsalı – 3,3% - 100,1 min tonadək, neft koksu istehsalı 1,2% – 39,5 min tonadək azalıb.
Hazırda Azərbaycanda yalnız bir neft emalı zavodu - Heydər Əliyev adına Bakı neft emalı zavodu (SOCAR-ın strukturuna daxildir) fəaliyyət göstərir.**
N.Abbasova