2020-ci ilin yanvar ayında Azərbaycan 2 milyon 623,4 min ton neft ixrac edib ki, bu da 2019-cu ilin analoji dövrünün göstəricisindən 5,9% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
Hesabat dövründə Azərbaycandan ixrac edilən neftin ümumi dəyəri $1 milyard 210 milyon 295,7 min (artım 3%) təşkil edib.
2020-ci ilin yanvar ayında Azərbaycan 1 milyard 315,1 milyon kubmetr qaz ixrac edib (artım 3,8%). Hesabat dövründə ixrac edilmiş qazın ümumi dəyəri $271 milyon 472,8 min (artım 1,8 dəfə) təşkil edib.
Xəbər verildiyi kimi, 2019-cu ildə Azərbaycan $14 milyard 447 milyon məbləğində 114 тыс 31 milyon 238 min ton neft, $2 milyard 569 milyon 583,3 min məbləğində qaz ixrac edib.
Hazırda Azərbaycan qazı Gürcüstan və Türkiyəyə ixrac edilir.**
N.Abbasova