Azərbaycanda daha 7 nəfərdə COVİD-19 koronavirus aşkar olundu. Bu barədə Nazirlər Kabineti yanında operativ qərargahdan məlumat verilir.
“Hazırda Azərbaycanda xüsusi rejimli xəstəxanalara yerləşdirilən və müşahidə altında olan 61 nəfər aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır, onlardan 3 nəfərinin vəziyyəti orta-ağır qiymətləndirilir, digərləri isə özlərini normal hiss edirlər, səhhətləri stabildir. Pasiyentlərin müalicəsi ilə bağlı zəruru tədbirlər davam etdirilir” , - məlumatda qeyd olunur.
Beləliklə, Azərbaycanda yoluxanların ümumi sayı 72 nəfər təşkil edib.
Qərargahdan bildirilir ki, Azərbaycanda COVİD-19 koronavirusa yoluxma halları ölkəmizə xaricdən gələn şəxslər sırasında və ölkə daxilində insanların bir-birini yoluxdurması faktları üzrə aşkarlanır.
Xəbər verildiyi kimi, 10 nəfər müalicədən sonra evə buraxılıb, bir nəfər dünyasını dəyişib. **