Azərbaycanda koronavirus infeksiyasının qarşısının alınması tədbirləri çərçivəsində 200 məhkum azadlığa buraxılıb. Bu barədə “İnterfaks-Azərbaycan”a Ədliyyə Nazirliyindən məlumat verilir.
“Koronavirus infeksiyasının qarşısının alınması tədbirləri çərçivəsində 200 məhkum azadlığa buraxılıb.Bütün məhkumlar həbs müddətlərinin üçdə iki və ya üçdə dörd hissəsini çəkiblər”, - nazirliyin mətbuat xidmətindən qeyd olunub.
O cümlədən, nazirlikdən bildirilir ki, penitensiar və tibb xidmətləri gücləndirilmiş iş rejimində çalışır. “Bütün əməkdaşların və məhkumların səhhəti gündəlik tibbi nəzarət altındadır”, - nazirlikdən qeyd ediblər. **
B.Rüstəmbəyov