"S&P Global Ratings” Beynəlxalq reytinq agentliyi hesab edir ki, dünya neft bazarlarında volatilliyə baxmayaraq, manatın dollara nisbətən məzənnəsi stabil qalacaq.
“Hesab edirik ki, hazırda manat faktiki olaraq ABŞ dollarına bağlıdır və mübadilə məzənnəsi, Azərbaycan hökumətinin xarici aktivlərinin mühüm həcmi nəzərə alınmaqla, əvvəlki kimi, stabil qalacaq”, - agentlik qeyd edir.
Agentliyin analitiklərinin qiymətləndirmələrinə əsasən, neft bazarında volatillik şəraitində, manatın məzənnəsinə təzyiq olacaq.
“Eyni zamanda, əgər uzun zaman neftin qiyməti aşağı səviyyədə qalarsa, Azərbaycan hökuməti 2015-ci ildə baş verdiyi kimi valyuta ehtiyatlarının kəskin azalmasına yol verməmək məqsədilə mübadilə məzənnəsinin bir qədər korreksiyasına əl ata bilər”, - agentlik vurğulayır.
Həmçinin, agentlikdə guman olunur ki, COVİD-19 koronavirus pandemiyası Azərbaycan iqtisadiyyatına qısamüddətli mənfi təsir göstərə bilər, riteyl, ticarət və turizm sahələri təzyiq altında olacaq. “Bu, 2020-ci ildə ÜDM-in artım templərinin, gələcək illərdə bərpa imkanı ilə bir qədər zəifləməsinə gətirə bilər”, - agentliyin analitikləri hesab edirlər. **
A.Əzizov