Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları2 kq-dan artıq çəkidə zərgərlik məmulatınınAzərbaycanın gömrük sərhədindən bəyan etmədən keçirilməsi cəhdininqarşısını alıblar. Bu barədə Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilir.
“İstanbul-Bakı aviareysilə gələn vətəndaşların yoxlanılması zamanı Azərbaycan Respublikasının vətəndaşına məxsus əl çantası rentgen aparatıyla yoxlanılarkən monitorda zərgərlik məmulatlarının təsviri görünüb. Təkrar yoxlama zamanı həmin çantada gömrük orqanına təqdim edilməyən, ümumi çəkisi 2,124 min qram olan 925 əyarlı gümüşdən hazırlanmış zərgərlik məmulatları aşkar olunub”, - məlumatda deyilir.
“Faktla bağlı araşdırma aparılır”, - DGK-dan bildirilir. **
X.Nəsirzadə