Baxillər, steril və qeyri-steril əlcəklər və tibbi maskalar və respiratorların Azərbaycana idxalı 2020-ci ilin iyun ayının 1-dək ƏDV-dən azad olunur.
Cümə günü Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı fərmana əsasən, qeyd olunan tibbi ləvazimatların idxalı ƏDV-dən azad olunur.
Azərbaycanda ƏDV-nin dərəcəsi 18% təşkil edir.
Öncə Nazirlər Kabinetinin qrarına əssaən, baxillər, steril və qeyri-steril əlcəklər və tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskalar və respiratorların Azərbaycana idxalı cari ilin iyun ayının 1-dək gömrük rüsumundan azad olunur. Bu qərarın qəbul olunmasında məqsəd koronavirus infeksiyasının ölkədə yayılmasının qarşısının alınması istiqamətində görülən işlər çərçivəsində vacib məsələlərdən biri də əhalinin və tibb müəssisələrinin zəruri tibbi ləvazimatlara olan tələbatının münasib qiymətlərlə ödənilməsi və bir sıra tibbi vasitələr üzrə ehtiyatların gücləndirilməsidir. **
A.Əzizov