Azərbaycan prezidenti İlham Əliyev Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparatının işçilərinin say həddini 165 ştat vahidi təsdiq edib.
Cümə günü prezident Əliyev “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyəti ilə bağlı bir sıra tədbirlər haqqında” fərman imzalayıb.
Fərmana əsasən, ETSN və bir sıra strukturları haqqında əsasnamə təsdiq olunub.
Bundan başqa, prezident Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparatının işçilərinin say həddi və struktur bölmələrinin işçilərinin say həddini təsdiq edib. Xüsusilə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional orqanlarının və yerli bölmələrinin işçilərinin say həddi 506 ştat vahidi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin Aparatının işçilərinin say həddi 55 ştat vahidi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Aparatının işçilərinin say həddi 40 ştat vahidi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin Aparatının işçilərinin say həddi 40 ştat vahidi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin Aparatının işçilərinin say həddi 36 ştat vahidi təşkil edəcək. **
X.Nəsirzadə