Daxili İşlər Nazirliyi orqanları tərəfindən sosial şəbəkələrdə koronavirus barədə dezinformasiya xarakterli məlumatlar yaydığına görə 15 nəfəri məsuliyyətə cəlb edib, həmçinin 3 nəfər həbs olunub. Bu brədə DİN-dən məlumat verilir.
“koronavirus infeksiyası ilə əlaqədar sosial şəbəkələrdə və “Whatsapp” ani mesajlaşma tətbiqində əhalinin təşvişinə səbəb ola biləcək dezinformasiya xarakterli məlumatlar yaydığına görə 15 nəfərin şəxsiyyəti müəyyən edilərək ərazi polis orqanlarına dəvət ediliblər. Müvafiq araşdırmalardan sonra onlardan 7 nəfərə xəbərdarlıq, 5 nəfərə cərimə tətbiq olunub, 3 nəfər həbs edilib”, - məlumatda deyilir.
Eyni zamanda, Nazirlər Kabinetinin avtonəqliyyat vasitələri ilə Bakıya giriş və Bakıdan çıxışa qadağa qoyulmasına dair qərarına baxmayaraq, DİN orqanları tərəfindən xüsusi polis postlarından 1,59 min avtomobil geri qaytarılıb ki, onlardan 742-si Bakıdan rayonlara, 848-i isə rayonlardan paytaxta keçməyə cəhd ediblər.
Bu qaydaları pozduqlarına görə bir nəfər barəsində cinayət işi başlanıb, 46 nəfər barəsində isə inzibati cərimə tətbiq edilib. **
X.Nəsirzadə