Azərbaycandadaha 43 nəfərdə koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb, onlardan biri dünyasını dəyişib. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilir.
“Xüsusi rejimli xəstəxanalarda 147 nəfər müalicə alır. Onlardan 6 nəfərin vəziyyəti ağır, 11 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir”, - Qərargahdan qeyd olunur.
“Ölkədə infeksiyaya yoluxma hallarının müəyyənləşdirilməsi məqsədiləmüxtəlif karantin zonalarına yerləşdirilən 3,485 min nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər görülür”, - məlumatda deyilir.
Beləliklə, Azərbaycanda koronavirusa yoluxanların ümumi sayı 165 nəfərə çatıb.
Qərargahın məlumatına görə, daha 15 nəfər sağalaraq evə buraxılıb, üç nəfər dünyasını dəyişib. **
X.Nəsirzadə