“Azərbaycan Dəmir Yolları” (ADY) QSC 5 marşrut üzrə sərnişin qatarlarının hərəkətinə qoyulan məhdudiyyətin vaxtını aprelin 20-dək uzadıb. Bu barədə cəmiyyətin məlumatında deyilir.
“Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumata əsasən, koronavirus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Bakı-Tbilisi-Bakı (Böyük Kəsiyə kimi), Bakı-Böyük Kəsik-Bakı, Bakı-Köçərli-Balakən-Bakı, Bakı-Astara-Horadiz-Bakı və Bakı-Gəncə-Bakı sərnişin qatarları 21 aprelədək hərəkətdə olmayacaq”, - deyə məlumatda bildirilir.
Bakı-Sumqayıt-Bakı dairəvi elektrik qatarlarının hərəkət cədvəlinə edilən dəyişiklik də aprelin 6-dək qüvvədə olacaq.*
X.Nəsirzadə