2020-ci ilin yanvar ayında Azərbaycana kondisioner idxalı 2019-cu ilin yanvar ayı ilə müqayisədə 53,6% - 1,573 min ədədə qədər azalıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə Azərbaycana gətirilmiş kondisionerlərin ümumi dəyəri $601,3 min məbləğində (azalma 43%) qiymətləndirilir.
Yanvar ayında Azərbaycana $6 milyon 740,5 min dəyərində (artım 13,9%) 59,801 min ədəd (artım 1,6 dəfə) hesablama maşını, blok və qurğusu idxal olunub.
Bundan başqa, qeyd olunan dövrdə paltaryuyan maşınların idxalı 42,1% - 12,662 min ədədə qədər artıb. İdxalın ümumi dəyəri $2 milyon 121,1 min (artım 8,4%) təşkil edir.**
B.Rüstəmbəyov