2020-ci ilin yanvar-fevral aylarında Azərbaycanda 656,4 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib ki, bu da 2019-cu ilin analoji dövrünün göstəricisindən 3,6% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə 629 milyon manat məbləğində heyvandarlıq, 27,4 milyon manat məbləğində bitkiçilik məhsulları istehsal edilib. Heyvandarlıq məhsullarının istehsal həcmi 3,2%, bitkiçilik məhsullarının istehsal həcmi 12,7% artıb.
İki ay ərzində respublikada 82,9 min ton ət (artım 2,9%), 309,7 min ton süd (artım 1,6%), 315,7 milyon ədəd yumurta (artım 11,6%) istehsal edilib.
Hesabat dövrü ərzində 31,6 min ton tərəvəz istehsal olunub (artım 15,7%).
DSK-nın məlumatına görə, ölkənin əksər rayonlarında yazlıq bitkilərinəkini başlayıb.
İlkin məlumata görə, martın 1-nə olan vəziyyətə görə, yazlıq bitkilərin əkin sahəsi 57,3 min hektar təşkil edib. Həmçinin, 5,% min hektar sahədə taxıl və paxlalı bitkilər, 14,2 min hektar sahədə kartiof, 11,1 min hektar sahədə tərəvəz, 26,4 min hektar sahədə çoxillik otlar, 0,1 min hektar sahədə digər bitkilər əkilib.
2019-cu ildə Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsal həcmi 7,2% artıb.**
X.Nəsirzadə